Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb.

Unikal.org-un məlumatına görə, bu barədə M. Saakaşvilinin "facebook səhifəsində yayımlanan canlı yayımda göstərilib. Onu hüquq-mühafizə orqanları əməkdaşları yaşadığı binanın damında tutublar.

11:41

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Kiyevdəki mənzilinin qapısı sındırılır.

Unikal.org xəbər verir ki, bu barədə onun yaxın dostu, baş prokurorun sabiq köməkçisi David Sakvarelidze özünün "Facebook" səhifəsində yazıb.

Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti, "Yeni Qüvvələrin Hərəkatı partiyasının lideri Mixail Saakaşvilinin evində axtarış aparırlar.

Buna etiraz edən Saakaşvili yaşadığı binanın 8-ci mərtəbəsinə çıxaraq onları özünü atacağı ilə hədələyir.