Pakistanın şimalındakı Mir-Əli şəhərində partlayış baş verib. 

Unikal.org-un məlumatına görə, partlayış nəticəsində azı 6 nəfərin həlak olduğu, daha 8 nəfərin yaralandığı bildirilir.

Qeyd olunur ki, partlayış yol kənarında dayanmış motosikletə quraşdırılan partlayıcının işə düşməsi ilə baş verib.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Hadisə yerində təcili tibbi yardım və polis işləyir.