Türkiyə, Rusiya, Ermənistan və Qırğızıstan arasında Avrasiya ombudsman ittifaqı yaradılır.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu məqsədlə Moskvada görüşən 4 ölkənin rəsmiləri arasında memorandum imzalanıb.

Məlumata görə, yeni ittifaqın yaradılmasında məqsəd Avrasiya bölgəsində yaşayan vətəndaşların hüquqlarını qorumaqdır. İttifaqa qatılacaq ölkələrin ombudsmanları insan haqlarının qorunması üçün daim təmasda olacaqlar.