Zərdab rayonu Qoşaba kəndində maraqlı hadisə yaşanıb.

Unikal.org-un Xəzərxəbər-ə istinadən məlumatına görə, kənd sakini Ramil Qurbanovun həyətində saxladığı toyuq göyərçinin yuvasında yumurtlayıb.

Həmin yumurtanın üstündə də göyərçin kürt yatıb. Yumurtadan çıxan cücə də anasını göyərçin, göyərçin də cücəni balası hesab edir.

Belə ki, göyərçin cücəyə necə lazımdır qulluq edir, onu yedirir və qoruyur.