Türkiyədə gənc qız intihar etmək istədi.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlı Urfada imtahandan kəsilən və atası tərəfindən zorla ərə veriləcəyi iddia edilən 20 yaşındakı H.Ç. intihar etməyə cəhd edib. O, hündürmərtəbəli binanın damına çıxaraq özünü aşağı ataraq öldürəcəyini deyib. Əlində bıçaq olan qız əraziyə gələn polislər tərəfindən xilas olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.