Dünya bazarında qızılın qiyməti investorların ABŞ-da "vergi islahatları"nın Senatdan keçməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi ilə bağlı gözləntilər fonunda düşməyə başlayıb.

Qızılın qiyməti son 2 ayın minimal səviyyəsi - 1 263 dollar/unsiyaya enib.

Unikal.org xəbər verir ki, "Report"un analitik qrupu qızılın qiymətinin 1 180 dollar/unsiya səviyyəsinə qədər enə biləcəyini ehtimal edir. Bir müddət 1 180- 1 230 dollar/unsiya diapazonunda qaldıqdan sonra isə qızılın 1 050 dollar/unsiyaya qədər ucuzlaşması gözlənilir.

"FED-in 2018-ci ildə uçot dərəcəsini ən az daha 3 dəfə artırması proqnozlaşdırılır ki, bu da hər hansı geosiyasi gərginlik olmasa, qızılın qiymətinin təzyiqlərlə üzləşəcəyini göstərir", - deyə analitiklər əlavə ediblər.