Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qonşusunu bıçaqlamaqda təqsirləndirilən Xəqani Əliyevin məhkəməsi başayıb.

Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 18-də davam etdiriləcək.Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü X.Əliyev gecə vaxtı qonşusunun hasarına söykənərək onun "wifi şəbəkəsinə qoşularaq internetdən istifadə edib. Qonşusu Ələkbər küçəyə çıxaraq ona irad bildirib. Digər qonşu Emin Əliyev də eyni formada ona irad tutaraq düz hərəkət etmədiyini deyib. X.Əliyev öz evinə gələrək mətbəxdən bıçaq götürüb və geri qayıdaraq hər iki şəxsi bıçaqlayıb. 

Daha sonra hadisə yerindən qaçıb.