Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. 

Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti özü məlumat verib. "Mən seçicilərin etimadını qazanaraq Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməyə çalışacağam, - deyə Putin vurğulayıb. 

Qeyd edək ki, V. Putinin səlahiyyət müddəti 2018-ci il mayın 7-də başa çatır.