Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanımasına operativ reaksiya verib.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri (XİN) Mövlud Çavuşoğlu Trampın qərarına etirazını bildirib."Amerika rəhbərliyinin Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı açıqlamasını qınayırıq" -deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞprezidenti Donald Tramp ölkəsinin Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

"Mən qərara gəldim ki, artıq Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb"- Tramp deyib.