Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilə Vyanada görüşü başa çatıb.

Unikal.org xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "twitter səhifəsində yazıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edib.