Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, 2014-cü ildə Salyan şəhərinin "Zavod " məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının "Səni axtarıram verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.
Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

***
10:24

Salyandakı tükürpədici cinayəti törədən ata və oğlu həbs edilib.

"Qafqazinfonun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında qətli törədən Fərhad Əliyevlə oğlu Fəqan Əliyev polis tərəfindən saxlanılıblar.

Qeyd edək ki, hadisə 2014-cü ildə baş verib. Evin xanımı Mehparə Nadir qızı Əliyeva dörd qızı (İradə, Rəqibə, Sevda və Ümidə) ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirilib.

Daha sonra cəsədləri həyətdə basdırılıb.