Yağışlı hava şəraiti ilə əlaqədar Bakının iki əsas avtomagistralında - Heydər Əliyev prospektinin Buzovna dairəsinə qədər olan hissəsində və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qədər olan yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

Bu barədə unikal.org-a Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər".