Yeni il yaxınlaşdıqca insanlar bayram atributlarını almağa başlayırlar. "Yolkalar bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, olduğu məkana da yaraşıq verir. Lakin qiymətlər  heç də münasib deyil.

Unikal.org mağaza, metro ətraflarında və şəhərin bir çox məkanlarında satılan yeni il bəzəklərini araşdırıb. Qiymətlər isə olduqca bahadır.

Şəhərin mərkəzi hissələrindəki qiymətlərlə müqayisədə, "8-ci kilometr" və "Sədərək" bazarlarında qiymətlər xeyli münasibdir. Metroların qarşısında ağ çadırlarda satılan şam ağaclarının qiymətləri əksək mağazalardakı qiymətlərdən çox ucuzdur.

Nərimanov metrosunun yaxınlığında yerləşən "Ağ Çiçəyim gül salonunda da yolka və bəzək əşyalarının satışına başlayır. Bu mağazadakı qiymətlər kənarda satılan yeni il atributlarından dəfələrlə bahadır.

"Şam ağacının ən ucuz qiyməti 180 manatdan başlayır. Söhbət zamanı satıcı bildirdi ki, istəsələr müəyyən qədər endirim edə bilərlər, əgər alıcılar bəzək əşyalarından da alsalar....

Bəzək əşyaları isə 30-40-70 manat arasında dəyişir. Mağazanın girişindəki 700 və 1200 manatlıq bəzəkli "yolkaların qiymətləri isə "əl yandırır.

Təbii ki, bəzəkli yolkalar daha bahadır. Ağ rəngli yolka bəzəkli şəkildə 700, bəzəksiz 550-600 manata satılır. Təbii ki, onların qiyməti də elə hündürlüyünə görə dəyişir.

Bəzəksiz şəkildə satılan 350-500 manat arasında dəyişən yolkaların hündürlüyü 180 sm-dir. Satıcının sözlərinə görə, bu cür yolkalar daha çox şirkətlər üçün alınır.

Həmçinin metro stansiyalarının ətrafında satılan bəzək əşyalarının qiymətləri ilə maraqlandıq. Gələn ilin simvolu hesab edilən "it" fiqurları və oyuncaqları 1-25 manat, şam ağacları 25-90 manat, Şaxta Baba oyuncaqları 12-30 manat, süni qar 9 manat, yeni il təbrikləri yazılmış yapışqanlı şəkillər isə 5-30 manat arasında dəyişir. Burada ən ucuz şam ağacı oyuncağı 1 manat, ən bahalı oyuncaq isə 35 manatdır.

"Sədərək" Ticarət Mərkəzində isə metroların ətrafları ilə müqayisədə baha olsa da, buranın qiymətləri də "əl yandırmır". Burada şam ağacları 30-350 manat, oyuncaqlar 3-40 manat, Şaxta Baba oyuncaqları 5-70 manat, bəzəkli zərlər 1 manata satılır. Uşaqlar üçün Şaxta Baba geyimlərinin qiyməti isə 10-15 manat arasındadır.

Hündürlüyü 2 metrədək olan yolkalar 700-800 manatdır. Hələ bu harasıdır, o hündürlükdə yolkalar dükanlarda şok qiymətə - 1500-2500 manata da satılır. Mağaza satıcısının sözlərinə görə, burada, oyuncaqları ilə bərabər ən ucuz şam ağacı 350-400 manata başa gəlir.

Mağazalarda 6-12 ədəd oyuncaqdan ibarət yolka dəstinin qiyməti orta hesabla 35-50 manata satılır. 20 manatlıq dəstlərə də rast gəlmək olur.

Aygün İlqarqızı