Çempionlar Liqasının ən yaxşı 8-liyi

07 Dekabr 2017 [13:43]


Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. 

Unikal.org xəbər verir ki, UEFA-nın rəsmi saytı azarkeşlərin 8 futbolçu arasında seçim edəcəyini yazıb:

Xuan Kuadrado (Yuventus), Tolisso (Bavariya), Eden Hazard (Çelsi), Filippe Koutinyo (Liverpul), Kriştiano Ronaldo ("Real"), Son Xın Min (Tottenhem), Pako Alkaser (Barselona), Bernard (Şaxtyor).

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcəklər.

Azərbaycan çempionu "Qarabağ” Çempionlar Liqasının son turunda səfərdə "Roma”ya 0:1 hesabı ilə uduzub.










SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)