"ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya Dağlıq Qarabağ münaqişənin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə davam edəcək".

Unikal.org-un məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib. 

O bildirib ki, həll prinsipləri dəfələrlə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən vurğulanıb.