İtin uşağı dişləməsinə DİN-dən AÇIQLAMA

07 Dekabr 2017 [15:28]


"Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılmış itin uşağı dişləməsi görüntülərinin Bakıda çəkilməsi öz təsdiqini tapmayıb”.

Unikal.org xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev deyib.

O bildirib ki, həmin video Bakıda çəkilməyib.

"Məsələ araşdırılıb və məlum olub ki, həmin hadisə bir neçə il əvvəl xarici ölkədə olub” - deyə, İ.Babayev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoda hadisənin Bakının mərkəzində baş verdiyi iddia olunub.



FOTOQALERIYA












SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)