Böyük Britaniyanın ticarət və ixracın təşviqi dövlət naziri Baronessa Rona Fairhead dekabrın 14-15-də Azərbaycana səfər edəcək.

Bu barədə unikal.org-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, səfərin məqsədi iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə Azərbaycan-Birləşmiş Krallıq hökumətlərarası komissiyanın ikinci iclasında iştirak etməkdir.