SON XƏBƏRLƏR
20 Iyun 2018
19 Iyun 2018
Bərdədə ev yandı, tüstüdən zəhərlənən var
HADİSƏ 16:57 / 07.12.2017
Bərdə rayonunda fərdi yaşayış evində yanğın olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qaraməmmədli kəndi ərazsində baş verib.

Belə ki, həmin kəndin sakini Niyazi Məmmədova məxsus evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları cəlb edilib. Birmərtəbəli 4 otaqlı evin iki otağı əşyaları ilə birlikdə yanıb. Yanğınını digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yanğınının səbəbləri araşdırılır.