Bakıda jurnalist Jalə Məmmədlinin başına iş gəlib.

Unikal.org xəbər verir ki, J. Məmmədli ötən gün səhər saatlarında əmək haqqı kartını və içində xeyli miqdarda pul olan pulqabını itirib. Amma bu gün bir qrup tələbə pulqabını taparaq jurnalistə geri qaytarıb: "Çox pis idim.Bu gün bu qardaşlar zəng edib, pul qabını 28 May ətrafında tapdığını dedi. Kartımın üzərində adım yazılıb, gediblər bankdan telefon nömrəmi tapıblar. Bakı Slavyan Universitetinin ikinci kurs tələbələridir. Nə yaxşı ki, belə insanlar var."

Qeyd edək ki,  Jalə Məmmədli əvvəllər APA TV-nin əməkdaşı olub. Hazırda isə o, Təhsil Nazirliyinin Mətbuat xidmətində çalışır.