Bu gün saat 20 radələrində Beyləqan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un lent.az-a istinadən xəbərinə görə, rayonunun Daşburun adlanan ərazisində "VAZ 2107 və "Mercedes markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2107-nin sürücüsü Xocavənd sakini, 1970-ci təvəllüdlü Cəbiyev Hüseynağa Ağarəzi oğlu hadisə yerində dünyasını dəyişib.
"Mercedesin sürücüsü və sərnişini ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə araşdırılır.