Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Əhali Fondu ("UNFPA Azerbaijan) "Qadınlara və qızlara qarşı zorakılığa son adlı kampaniya keçirib.

Unikal.org-un məlumatına görə, Fondun bəyanatında bildirilir ki, gender əsaslı zorakılıq təkcə qadınların problemi deyil, bu, ümumbəşəri pandemiyadır. Onun qarşısının alınmasında kişilər və oğlanların rolu danılmazdır.

Kampaniyaya qoşulan məhşur kişilər gender əsaslı zorakılığa bəraət qazandıran stereotiplərə qarşı çıxaraq, bu stereotiplərin absurdluğunu vurğulayıblar.