Bakının Sabunçu rayonunda iki qadını avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki,  yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsində baş verib.

Zabrat dairəsi kimi tanınan ərazidən keçən 1979-cu il təvəllüdlü Tanrıverdiyeva Mətanət Mehdiqulu qızı və 1975-ci il təvəllüdlü Bağırova Fatma Ramiz qızını minik avtomobili vurub. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.