Gəncədə qətl hadisəsi törədilib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, gecə saat 01.00 radələrində şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan 1997-ci il təvəllüdlü Cəmşidzadə Vicay Qabil oğlu aşkarlanıb. Xəstəxanaya aparılsa da onun artıq öldüyü məlum olub. Hadisəni törədənin kimliyi məlum deyil, fakt araşdırılır.