Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov vəfat edib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə dövrü mətbuatda yayılan elanda deyilir. A. Vahidovun vəfatının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, A. Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.