Ötən gün millət vəkili Qənirə Paşayeva xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Ülviyyə Həsənqızını ziyarət edib.

Unikal.org xəbər verir ki, Qənirə Paşayeva Milli Onkologiya Mərkəzində jurnalistin həkimləri ilə görüşüb:

"Ülviyyə bu çətin günləri arxada qoyacaq, xəstəliklə ciddi mübarizə aparacaq və qalib gələcək. Bu gün ona da söylədim indi ona daxili inam, psxoloji güc çox vacibdir və onda bu gücü hiss etdim və daha da artacağına əminəm. Həkimləri, tibb işçiləri ilə söhbətləşdik. Həkimlər Ülviyyənn sağalması üçün əllərindən gələni edirlər və edəcəklərini söylədilər. Böyük diqqət və sevgi ilə yanaşırlar ona. Milli Onkologiya Mərkəzinin rəhbərliyi Ülviyyənin əməliyyat və müalicəsini öz üzərlərinə götürüblər. Ülviyyə anasının tək övladıdır. Kirayədə yaşayır, işsizdir və təbii ki, dostların dəstəyinə bir müddət ailəsi üçün ehtiyac olacaq. İnanırıq ki, dostları, həmkarları bu gün olduğu kimi, onu yalnız qoymayacaq. Ülviyyəyə dəstək olan bütün jurnalistlər və sadə insanlara təşəkkürlər. İnşallah, yaxın zamanlarda onu sağlam şəkildə, gözəl tədbirlərdə yenidən aramızda görəcəyik. Allah hər zaman yardımçısı olsun. Dualarımız onunladır.

Xatırladaq ki, Ülviyyə Həsənqızına kömək etmək istəyən şəxslər aşağıdakı yollarla ödəniş edə bilərlər:

İstənilən bankdan ACCESBANK hesabına ödəniş üçün:

Kod : 503552
VÖEN : 1400057421
M/H : AZ10NABZ01350100000000056944
Swift : ACABAZ22
Cari hesab: : AZ06ACAB00210100000000556352

Qeyd edək ki, jurnalist Ülviyyə Həsənqızı bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, hazırda Milli Onkologiya Mərkəzində müalicə alır və yaxın günlərdə  əməliyyat olunacaq.