Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib.

Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib. Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Ölümün dəqiq səbəbləri araşdırlır.