Müsahiblərimiz dövlətin sosial cəhətdən həssas əhali qruplarına olan müdafiəsini mütəmadi olaraq gücləndirilməsini istəyirlər

Hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir.Bunlar daim sosial və eləcə də mənəvi qayğıya ehtiyacı olan əlilliyi olan şəxslərdir. Əlillik anadangəlmə də ola bilər, sonra da yarana bilər. İstənilən halda bu insanlar cəmiyyətin ayrılmaz hissəsidir. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial vəzifələrdən biridir.

Azərbaycanda əlilliyi olan şəxslər, sağlamlıq imkanı məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, dövlət proqramları icra olunur. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir.Ölkəmizdə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. Onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır.

Heydər Əliyev Fondu tərəfindən son illər həyata keçirilən sosial islahatlar nəticəsində əlillərin sosial müdafiəsinin hüquqi cəhətdən tənzimlənməsində mühüm irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır.Bu mənada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.

Son illərdə əlilliklə bağlı ölkə qanunvericiliyi xeyli təkmilləşdirilib, ümumilikdə, 10-a qədər yeni hüquqi-normativ akt qəbul edilib.Müvafiq qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün dövlət lazımi şəraitin yaradılmasına təminat verir. 2001-ci ildə qəbul edilmiş "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qanun, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq proqram və qaydalar əlillərin təhsili ilə bağlı məsələləri əhatə edir.Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərin başlıca məqsədi onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasını təmin etməkdir.Başqa sözlə, əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin məzunu, birinci qrup gözdən əlilliyi olan Nazim Hacıxanov bizimlə söhbətində bildirib ki, əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə dövlət təminatı var. Onun sözlərinə görə, elə təhsil aldığı internat məkətəbində yaşayıb təlim-tərbiyə alıb. Burada dövlət tərəfindən sağlamlıq imkanları məhdud uşaqların qidalanmasının təşkili və dərsliklərə olan ehtiyacı tam təmin edilib.Məktəbdə musiqi təhsili almaq üçün şərait və idman üçün lazımi avadanlıqlar var.N.Hacıxanov təhsil müəssisəsinin məzunu olduqdan sonra ailə həyatı qurub.Onun bir övladı var.

O bildirib ki, dövlətin sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi xüsusi diqqət və qayğısı əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlillərin də sosial müdafiəsinin mütəmadi olaraq gücləndirilməsinə imkan yaradır: "Birinci qrup gözdən əlilliyi olan şəxslərə müavinətin məbləği digər əliliyi olan şəxslərə nsibətən çoxdur. Digər əlillərə nisbətən gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir.Məsələn, böyüdüyüm və təhsil aldığım Nərimanov rayonunda gözdən əlillər üçün yaşayış binası inşa edilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır.
Nazim Hacıxanov deyib ki, əlilliyi olan şəxslərin məşğulluq probleminin həlli istiqamətində tədbirlərin görülməsinin arzuolunan olduğunu bildirib: "Gözdən əlilliyi olan şəxslərin beşinci qrupa qəbulunu keçirirlər. Əvvəllər Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə məşğulluq probleminin həlli üçün addımlar atılırdı.Spronsorlar da dəstək olurdular.Rabitə, massaj və başqa xidmət sahələri ilə bağlı kurslar təşkil olunurdu. Hazırda hələ də yalnız massaj kursu keçənlər işləyirlər.

Birnici qurub əlilliyi olan şəxs Fərid Balaşov da bildirib ki, əlilliyi olan şəxslərin hüquqi təminatı var.
"Mən, 1983 cü ildə Beyləqan rayonunda andan olmuşam. 1990-cı ildə Beyləqan rayonu 1 nömrəli orta məkdəbdə təhsil almağa başlamışam.Səhhətimdə olan problemdən dolayı təhsili evdə davam etdirməli olmuşam.Hazırda Bakı şəhərində yaşayıram.

Fərid Balaşov bildirib ki, əlilliyi olan şəxslərin hüquqi təminatı var: "Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər, Azərbaycan Konstitusiyasında və başqa qanunvericilik aktlarında əlilliyi olan şəxslər təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

Əlilliyi olan şəxslər üçün Azərbaycan qanunverciliyində bir çox güzəştlər mövcuddur.Hazırda əlillər üçün yalnız səhiyyə müəssisələrində pulsuz müalicə mümkündür.Təəssüf ki, bu güzəştdən və imtiyazdan ildə bir dəfə istifadə etmək mümkündür. Birinci qrup əliliyi olan şəxs üç aydan bir müalicə olunmladır, ən geci altı aydan bir müalicə olunmalıdır. Bu təbəqədən olan şəxslərə sosial müavinət verilir.Bu yaxşı haldır.Müavinətin məbləğinin bazar şərtlərinə uyğun təyin olunması arzuolunandır.Məsələn, mənə 140 manat sosial müavinət və 66 manat prezident təqaüdü verilir.Əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər sürətləndirilməlidir.

Aprel döyüşlərində ermənilərə divan tutarkən ağır yaralanan zabitimiz ikinci qrup əlil, ehtiyyatda olan kapitan Hikmət Məmmədov bildirib ki, əlilliyi olan şəxslərə qanunvericiliyə əsasən güzəşt və imtiyazlar yetəri qədər var.

O, bizimlə söhbətində öncə bunu qeyd etdi ki, Azərbaycan ordusunda xidmət etdiyi üçün qürur duyur və bu xidmətləri komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilib: "2016-cı ildə dörd günlük aprel döyüşlərində tabeçiliyimdə olan şəxsi heyətimlə Füzuli istiqamətində gedən döyüşlər zamanı erməniləri itki verməyə məcbur edərək bir postu azad etdim. Aprelin 2-də isə özüm başımdan və qarın nahiyyəmdən ağır qəlpə yaraları aldım.Tibb işçilərimizin müdaxiləsindən sonra əməliyyat olunaraq həyatım xilas edildi. Müdafiə Nazirliyimiz tərəfindən aprel döyüşlərində göstərdiyim xidmətlərimə görə "Fərqlənməyə görə və "Vətən naminə medalları ilə təltif edilərək ordu sıralarından sağlamlığımı itirdiyim üçün təxris olundum. Qarabağ müharibəsi qazisi olaraq mənə diqqət və qayğı göstərilir.
H.Məmmədov ailəlidir, iki övladı var: "Sumqayıt şəhərində kirayədə yaşayıram. Qanunvericiliyin mənə verdiyi hüquqdan istifadə etməyə çalışıram.Qanuna əsasən əlilliyi olan şəxslər sosial yardımla təmin olunmalıdır. Belə ki, bu təbəqədən olan vətəndaşların maddi, sosial-məişət və tibbi təminatı var. Qanunvericiliyə görə, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, onlara bərabər tutulan şəxslər dərman preparatları ilə pulsuz təmin edilməlidir. Çox yaşı olardı ki bu təminat tam icra edilsin.

Qeyd edək ki, dekabrın 5-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri ilə görüşüb.

Görüş barəsində nazirliyin yaydığı məlumata görə, nazir bildirib ki ,mühüm sosial proqramlardan biri kimi, ötən dövrdə 6,1 min nəfər əlil və şəhid ailəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatı həyata keçirilib. Mənzillə təmin edilən əlilliyi olan şəxslərin sırasında Qarabağ müharibəsi əlilləri ilə yanaşı, Çernobıl AES əlilləri, gözdən əlillər də vardır.Müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunması tədbirlərini diqqətə çatdıran S.Müslümov qeyd edib ki, bu təbəqədən olan əlillərin, 20 Yanvar və Çernobıl AES əlillərinin sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, onların, habelə şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təminatı da həyata keçirilir. Eyni zamanda, I qrup əlilliyi olan şəxslərdən, o cümlədən I qrup gözdən əlillərdən aylıq sosial müavinət alanlara, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə Prezidentin aylıq təqaüdü ödənilir. Müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin uşaqları, müharibə veteranları, o cümlədən Əfqanıstan müharibəsi veteranları aylıq sosial müavinətlərlə təmin edilirlər.

Bütün bu sosial ödənişlərin də ötən dövrdə mütəmadi olaraq artırıldığını bildirən S.Müslümov müharibə əlillərinin, 20 Yanvar, Çernobıl əlillərinin və gözdən əlillərin tibbi-sosial reabilitasiyası sahəsində müvafiq işlərin aparıldığını, onlar üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu diqqətə çatdırıb.

Elcan İbrahimov