Yevlax rayonunda təmir zamanı "KamAz" markalı yük maşınının təkəri partlayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Malbinəsi kəndi ərazisində yerləşən təkər təmiri sexində baş verib.

Belə ki, yük maşınının təkərini təmir edərkən hava sıxlığından təkər partlayıb və dəmir konstruksiyalar ətrafdakılara xəsarət yetirib. Hadisə zamanı üç nəfər - Yevlax rayon sakinləri, 1983-cü il təvəllüdlü Daşqın Meybulla oğlu Sərxoşov, 1987-ci il təvəllüdlü İsmayıl Arif oğlu Cəbrayılov və Beyləqan rayon sakini, 1992-ci il təvəllüdlü Rabil Rubayil oğlu Həsənov Yevlax müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı ararşdırmalara başlanılıb.