Qüdsdə qarşıdurma baş verib. Unikal.org xarici mətbuata istinadənb xəbər verir ki, şəhərin Dəməşq qapılarında nümayiş edən müsəlmanlarla polis toqquşub.

Nümayişçilər Köhnə Şəhər yaxınlığındakı küçəni bağlayıb. Atlı polis əməkdaşı etirazçıları qovmağa çalışır. Etirazçılar onlara mane olmağa çalışan polisə müqavimət göstərib, şüşə qablar atılıb. Kütlə Dəməşq qapılarını keçmək niyətindədir. Toqquşma zamanı nümayişçilər xəsarət alıb. Yaralananları təcili tibbi yardım maşınları aparıb. Eturazçıların olduğu yerə əlavə dəstək qrupu cəlb olunub.

İordan çayının qərb sahillərindəki şəhərlərdə də toqquşmalar baş verib.

MƏlumatda o da bildirilir ki, gözyaşardıcı qazdan 40 nəfərdən çox insan zəhərlənib.