Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyi təsdiq edib.

Unikal.org  xəbər verir ki, məcəllənin 127-2.3-cü maddəsində "müddətinin bitməsinə 1 saat qalmış sözləri "müddəti bitdikdən sonra 1 saat ərzində sözləri ilə əvəz edilib.

Qeyd edək ki, 127-2-ci maddə avtomobillərin parklanmasıa görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilmiş müddətdən artıq istifadə edən əlavə ödənişin edilməməsi, habelə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması ilə əlaqədar inzibati xəta hadisəsini nəzərdə tutur. Qeyd olunur ki, bir parklanmada 24 saatlıq müddətinin bitməsinə 1 saat qalmış nəqliyyat vasitəsinin istifadəçisinə xəbərdarlıq edilməlidir. Dəyişikliyə əsasən, 24 saatlıq müddət başa çatandan sonra avtomobil sahibinə məlumat verilməsi nəzərdə tutulur.