Azərbaycanlı gənc Ramil Nəcəfov "Qarabağ avtomobil modelinin dizaynını hazırlayıb.

Unikal.org xəbər verir ki, istedadlı gənc dizayner bildirib ki, "Qarabağ adlı 4x4 modelini Avropa dizayn məktəbinə məxsus, İtaliyanın Avtomobil dizayn mərkəzinə (Car Design Schools) göndərməyi düşünür: "Məqsədim "Qarabağ modelinin dünyada avtomobil dizaynı üzrə nüfuzlu saytda dərc olunmasıdır. Düşünürəm ki, bundan sonra da avtomobil sahəsində dizayn təhsilimi daha da inkişaf etdirmək üçün yol açılacaq.

Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. R.Nəcəfov konserndə işə qəbul olunmaq üçün müraciət etsə də, qarşısına Avropada təhsil almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib. Daha sonra o, "Azerant, "Azerant Buta avtomobillərinin və "Xəz-747 bombardmançı qırıcı təyyarəsinin dizaynını işləyib.

Onun ən böyük arzusu bu sahədə təhsilini və təcrübəsini daha da artırmaqdır.