Finlandiyada gəminin qəzaya uğraması nəticəsində 2 nəfər itkin düşüb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Finlandiya sərhəd mühafizəsi məlumat verib.
Qəza Fin körfəzində baş verib. Hazırda ərazidə hava dəstəyi ilə xilasedici əməliyyat həyata keçirilir. 

Gəminin tipi barədə məlumat verilmir.