Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib.

Unikal.org xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycana idxal edilən qəzet kağızının gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməsi mərhələli şəkildə həyata keçiriləcək:

"Biz istərdik ki, qəzetçiliyin inkişafı üçün qəzet və jurnallar həmin vergilərdən azad olunsun. Bu, az da olsa qəzet kağızının ucuzlaşmasında müəyyən rol oynayacaq.