Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Komitədən Unikal.org-a verilən məlumata görə, yoxlama nəticəsində, avtomobilin qapılarının içərisindən "Cock CrowingAtDawn" adlı 27000 ədəd pirotexniki vasitə aşkarlanıb.