Bakı-Qazax avtomobil yolunda qatı duman nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Unikal.org report-a istinadən məlumatına görə, bu günsəhər saatlarından başlayaraq rayon ərazisində qatı duman müşahidə olunub.

Bu səbəbdən Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb. Bəzi avtomobillərin sürücüləri öz nəqliyyat vasitələrini təhlükəsizlik səbəbindən yol kənarında saxlayıblar.

Hazırda DYP əməkdaşları tərəfindən dədumanlı ərazidə sürücülərin təhlükəsiz hərəkət etmələri üçün lazımi işlər görülür.