Dekabrın 8-də saat 2:00 radələrində Zaqatala rayonunun Çökəkoba kəndindən kənd sakini Nəriman İsayevə məxsus "VAZ-21061 markalı avtomobil qaçırılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən həmkəndlisi Elnur Novruzov saxlanılıb. Görülən tədbirlərlə avtomobil onun gizlətdiyi Yuxarı Çardaqlar kəndindəki evlərin birinin həyətindən tapılıb.