Bakıda gənc qadın əri tərəfindən bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Pirşağı qəsəbəsində yerləşən 2 saylı "Zeytun sovxozu" ərazisində yaşayan 1992-ci il təvəllüdlü Ağakişiyeva Xanım Əli qızı həyat yoldaşı ilə mübahisə edib. 

Nəticədə X.Ağakişiyeva kürək nahiyəsindən bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.