Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb.

Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digr ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub.

xxx

Şəkidə iki minik avtomobili toqquşub.

Unikal.org report-a istinadən xəbər verir ki, toqquşma nəticəsində ölən və yaralananlar var.

Hadisə Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində baş verib.