İtaliyada təşkil olunan Milad bazarında sürücü avtomobili piyadaların üzərinə sürüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Yerli KİV-in məlumatına görə, hadisə Sondrio şəhərinin mərkəzi meydanında qeydə alınıb.
Sürücü saxlanılıb, asayiş keşikçiləri hadisənin səbəblərini araşdırır.

Eyni zamanda qeyd olunur ki, saxlanılan şəxs ərazidən qaçmaq istəyib. Onun sərxoş olduğu istisna edilmir.