Kürəyinə 15 santimetrlik bıçaq sancılan gənci xəstəxanaya aparıblar. Hadisə Hindistanda baş verib. 

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı gəncə qarşı bu əməli kimin törətdiyi bilinmir.  Aldığı zərbə ilə yerə yıxılan gənc, ətrafdakılar tərəfindən xəstəxanaya aparılıb. Xəstəxanada aparılan ilk müayinə zamanı bıçağın gəncin ağ ciyərinə girdiyi məlum olub.

Bıçaq 5 cərrahın iştirakı ilə bir saatlıq əməliyyatdan sonra gəncin kürəyindən çıxarılıb. Hadisə ilə bağlı istintaq başlanılıb.