Bağ evində baş verən yanğın 5 nəfərin canını alıb. Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə  İrkutsk vilayətinin Usolsk rayonunda baş verib. 

Ölənlər Anqarsk şəhər sakinləridir. Ölənlər həmin evdə yaşayan ər-arvad və onlara qonaq gəlmiş biri körpə olmaqla, üç uşaqdır. İlkin versiyaya görə, yanğın elektrik cihazlarından istismar qaydalarının pozulması nəticəsində baş verib.