"Borussiya" (Dortmund) baş məşqçisi postunda dəyişiklik edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ardıcıl 8 oyun davam edən qələbəsizliyin ardından Peter Boş istefaya göndərilib.

Hollandiyalı mütəxəssisi "Köln"ün sabiq baş məşqçisi Peter Ştyoger əvəz edib. Avstriyalı mütəxəssis və köməkçiləri ilə müqavilə 30 iyun 2018-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Peter Ştyogerin ilk iş yeri elə "Köln" olub. 51 yaşlı baş məşqçi Bundesliqada 14 oyunluq məğlubiyyətdən sonra qovulub.