Türkiyənin Radio və Televiziya verilişləri üst qurumu (RTÜK) "Show TV də yayımlanan "Çukur serialını cəzalandırıb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb serialda spirtli içkilərdən istifadə və sevişmə səhnələrinin həddindən çox olmasıdır.

Qurum iddiasına görə, ekran işinin bu səhnələri uşaq və gənclərin tərbiyəsini mənfi təsir göstərir, onları pozur. Bu səbəbdən də serial külli miqdarda pulla cərimələnib.

RTÜK tərəfindən sevişmə səhnələrinə görə cəzalanan ilk serial "Çukur" deyil.

Bundan əvvəl "Aşk-Memnu", "İffet", "Alev Alev", "Asi", son günlər daha çox izlənən "Fi" və başqa seriallar da bu günədək bu səbəbdən cərimələnən seriallardır.