Instagram, Facebook-un Messencer platformasına bənzər yeni bir mesajlaşma platforması hazırlayacaq. 

Unikal.org xəbər verir ki, əsas proqramdan ayrı olacaq mesajlaşma proqramının adı Direct olacaq.

iOS və Android sistemlərində istifadə edilə biləcək Direct, il olaraq 6 ölkədə pilot istifadəyə veriləcək. Direct, yazılı mesajla yanaşı şəkil və video göndərməyə də icazə verəcək.