Almaniyanın Eşvayler şəhərində yarmarka meydanında ucaldılmış Yeni il ağacı adamların üzərinə aşıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı dörd nəfər xəsarət alıb.

Bildirilir ki, ağac meydanda quraşdırılmış uşaq karuselinin üzərinə aşıb. Lakin uşaqlar arasında xəsarət alan yoxdur və yaralananların dördü də böyüklərdir.

Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.