Cəlilabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda, rayonun Olimpiya İdman Kompleksinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində Cəlilabadın Göytəpə şəhər sakini, 1986-cı il təvəllüdlü Natiq Fazil oğlu Nəzərov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.