SON XƏBƏRLƏR
23 Yanvar 2018
YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
SİYASƏT 11:07 / 11.12.2017
Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Unikal.org-un xəbərinə görə, Azərbaycan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarları ziyarət edərək, önünə əklil və gül dəstələri qoyub, ehtiramlarını bildirib.