Yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir.

Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına "bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait də əlavə edilir.

Buna uyğun olaraq "Avtomobil yolları haqqında qanuna dəyişikliklər də müzakirəyə çıxarılır.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.