21 Oktyabr 2018
20 Oktyabr 2018
“Zaur Baxşəliyevdən yardım istədim, 100 manat verib başından etdi” - Dələduzluğa məruz qalan türkiyəli - FOTO
CƏMİYYƏT 16:04 / 11.12.2017

Azərbaycanda fəaliyyət göstərən şirkətlər Türkiyə vətəndaşı Mehmet Çalışıra qarşı dələduzluq edib.

Bununla bağlı şikayətçi Unikal.org-a müraciət edib: "İllər əvvəl mən Azərbaycana ATAS şirkətində işləmək üçün gəlmişdim. Özüm mərmər ustasıyam. Orada işləyə-işləyə Qubadan bir xanımla tanış oldum və biz nişanlandıq. Türkiyəyə getdik mənim ailəm həyat yoldaşımı rədd etdiyi, zülm verdiyi üçün onun vətəninə gəldik. Ailəmin dağılmasını istəmirdim. O zaman iki qızım dünyaya gəlmişdi, 3-cü qızım burada doğulub. O vaxt həm maddi durumum, həm də bəzi məsələlərdə mənə kömək etməsi üçün Zaur Baxşəliyevin verilişinə getdim. Ona dedim ki, "Həyat yoldaşım Respublika Klinik Xəstəxanasında yatır. Ana bətnində olan övladımı öldürəcəklər. Yardım et, uşağımnı da yoldaşımı da xilas edək”. O mənə inanmadı, özü 100 manat pul verdi. Mən ona dedim əgər inanmırsızsa, həmin xəstəxanaya zəng edin, hazırda həyat yoldaşım orada yatır. Məni başından etdi.

Sonra Xoşqədəm xanımın verilişinə getdim. Öncə zəng etdim qəbul etmək istədilər, ora gedən zaman "vatsap”la görüntülərimizi atdım. Bildirdim ki, yardım etsinlər biz vətənimizə getmək istəyirik. Burada uşaqlarımın sığortası yoxdu, xəstələnən zaman həkim müayinəsindən keçirə bilmirəm. O da məni verilişə ancaq tamaşaçı kimi gələ biləcəyimi dedi. Mənə tamaşaçı kimi gəlmək maraqlı deyil. Mənim konkret problemim var və onun üçün kömək istəyirəm. Respublika xəstəxanasının baş həkimi ana qarnındakı övladımızın aldırılması göstərişini vermişdi. Böyrəklərinin sıradan çıxdığı üçün uşağın əməliyyatla aldırılmasını demişdi. Amma mənə uzadılan müqaviləni imzalamadım.

Sonra 2000 manata yaxın dost-tanışdan pul topladım dərman aldım. Bu hadisə 18 ay öncə olub. Türk səfirliyi belə üzərinə götürmür, başqa yerə yönləndirir. Ora gedib dedim bura bizim sığınma yerimizdir. Onlar bildirdi ki, Türkiyə vəsait ayırmır. Şikayətim odur ki, məni Türk şirkətləri işə götürmür. Oturma iznim də var. Hazırda da işsizəm. İstəyirəm ki çirkətlərdən biri məni işə qəbul etsin, ən az maaşı versin. Çox pul tələb etmirəm, əsas odur ailəmi, övladlarımı dolandıra bilim. Ya da övladlarımın passportunu ala bilək. Onu belə ala bilmirik. Daha sonra Qubadakı "Sadə Mexanik” adlı şirkətlə anlaşdım. Onun da rəhbəri Türkdür. Orada 1500 dollara anlaşdıq. Amma onlar mənə anlaşdığımız puldan çox az ödəndi. Onların indi mənə 8 min dollara qədər borcu var. Pulumu azaldıb 400 ödəyirdilər. Səsimi qaldırdım, 800-ə qaldırdılar. Daha sonra şirkətin sahə müvəkkili dedi ki sənin bütün pulunu ödəyəcəyik. Hətta şirkətinin prezidentinin əmsi oğlu ilə telefonla danışdım, o mənə "sənin pulların yeyilir” dedi.

Təəssüf ki, səs yazısı məndə yoxdur. Vəkilə də gedə bilmirəm, çünki 1000 manat pul istəyirlər. Mənim 1000 manatım olsa , ailəmə xərcləyərəm. Nəysə ikinci iş yerindı 11 ay işlədim, 3 ildir ki ayrılmışam oradan, onlardan pulumu ala bilmirəm. İndi mənim həm ilk işdən, həm də ikinci işlədiyim şirkətdən alacağı pul var”.

Şikayətçi Respublika Klinik Xəstəxanasında aldırılması qərar verilən övladının da, həyat yoldaşının da hazırki səhhətinin yaxşı olduğunu deyib: "Şükürlər olsun ki, həyat yoldaşım da, qızım da çox yaxşıdır. Sağlamlıq durumları normaldır. Hətta mən həmin xəstəxanaya gedib dedim ki, bu da sizin aldırılması üçün qərar verdiyiniz qızımdır. Sağlam, həyatdadır...”.

Aygün İlqarqızı