SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlandı
CƏMİYYƏT 16:13 / 11.12.2017
Bu ilin noyabr ayında nikaha daxil olmaq istəyən 10738 nəfər tibbi müayinədən keçib.

Unikal.org xəbər verir ki, B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.

"Bu il nikaha daxil olmaq istəyən 127 173 nəfər tibbi müayinədən keçib ki, onlardan 13794 nəfərdə talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 nəfərdə isə QİÇS aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 38-dir. Bu il 23 hamilə qadında perenatal müayinə aparılıb: "Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlamdır".